İllərdir "Nokia" markalı smartfonlar istehsal edən "HMD Global" bundan sonra yalnız öz brendindən istifadə edəcək.

İndex.az xəbər verir ki, təqdimat hazırlıqlarını davam etdirən şirkət "Nokia" markası ilə vidalaşıb.

Finlandiyanın "HMD Global" konsorsiumu tərəfindən satın alınan və 2016-cı ildə yenidən fəaliyyətə başlayan "Nokia" markası təxminən 7 ildir fərqli smartfon modelləri ilə müəyyən bazarlarda peyda olub.

Bundan sonra "HMD Global" yalnız öz smartfonlarını satacaq və "Nokia" brendindən istifadə etməyəcək.

Həmçinin şirkətin planşet və tam simsiz qulaqlıq istehsal edəcəyi bildirilir.

Bu inkişaf "Nokia" smartfonlarının artıq bazardan tamamilə yığışdırılacağını göstərir.