Ötən il ərzində "Naxçıvanbank"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il "Naxçıvanbank"ın faiz gəlirləri 23.714 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 20.830 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 2.884 milyon manatlıq artımın olduğunu görərik.
"Naxçıvanbank"ın faiz xərcləri isə 2023-cü il ərzində 1.095 milyon manat artaraq 2.070 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 975 min manat olmuşdur.
Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57.130 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.
