"Naxçıvanbank"ın aktivləri 2023-cü il ərzində azalıb.

İndex.az xəbər verir ki, "Naxçıvanbank"ın aktivləri ilin əvvəlinə nəzərən 140.254 milyon manat azalaraq 206.208 milyon manata enib.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 346.462 milyon manat təşkil edib.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb.

Onun nizamnamə kapitalı 57.130 milyon manatdır.

Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.