NATO-nun baş katibi Yens Stoltenberq daha güclü NATO üçün müdafiə investisiyalarının artırılmasının lazım olduğunu bildirib.
İndex.az xəbər verir ki, Stoltenberq açıqlamasında bildirib ki, ABŞ-a digər qlobal təşkilatlardan daha geniş şəbəkə təqdim edən NATO-nun güclənməsi üçün ABŞ, NATO-nun müdafiə sərmayələrini artırmalıdır.
Stoltenberq ABŞ-ın Ukraynaya dəstəyinin Avropanın sabitliyini qorumaq üçün “kritik” olduğuna diqqət çəkib.
Danışıqlar çərçivəsində Stoltenberq NATO Parlament Assambleyasının həmsədrləri və ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbərləri ilə də görüşüb.
