NASA, saatda təxminən 40 min kilometr sürətlə hərəkət edən "Ay gəmisi"ndən yeni görüntülər paylaşıb.
İndex.az xəbər verir ki, "Artemis 1"in, Yerə qayıtmazdan əvvəl Ayın ətrafında "Orion" vasitəsi ilə həyata keçirdiyi uçuşu zamanı əldə etdiyi görüntülər NASA tərəfindən yayımlanıb.
"Artemis 2"nin planlaşdırılan buraxılışına bir ildən az vaxt qalıb və NASA-nın missiya komandası artıq tarixi səyahətinə hazırlaşır. "Artemis proqramı" mərhələlərlə planlaşdırılıb və hər bir missiya NASA-nı hədəfə daha da yaxınlaşdırır.
"Artemis 1"dən fərqli olaraq "Artemis 2", Yerə qayıtmazdan əvvəl Ayın ətrafında ekipajlı "Orion" vasitəsi ilə uçacaq.
"Orion"un bu manevrini NASA-nın paylaşdığı 25 dəqiqəlik geri dönüş videosunda görmək olar. Bundan əlavə, vidoda atmosferdəki şiddətli səslər aydın şəkildə eşidilir.
Videoda "Orion"un yerə yaxınlaşdıqca dəfələrlə kəskin istiqamət dəyişikliyi etdiyi də görünür.
