Moskvadan uçan üç təyyarə duman səbəbindən Özbəkistanın Buxara və Termez şəhərlərində eniş edə bilməyib.
İndex.az Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Uzbekistan airports" SC-nin mətbuat xidməti məlumat yayıb.
"Buxara hava limanında əlverişsiz hava şəraiti səbəbindən Moskva-Buxara marşrutu üzrə HY9608 reysinin ekipajı Nəvaidəki ehtiyat aerodroma getmək qərarına gəlib", - məlumatda deyilir.
Eyni marşrut üzrə AFL1876 reysi Səmərqəndə yönləndirilib.
Moskvadan Termezə hərəkət edən AZO7055 reysinin ekipajı Termez aeroportunda mürəkkəb meteoroloji şəraitlə əlaqədar eniş üçün Səmərqənddəki ehtiyat aerodromu seçib.
