Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz İstehsalat Birliyində ciddi kadr islahatları aparılmalıdır.

İndex.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

“SOCAR, nə qədər gec deyil "sayğac" xəstəliyinə tutulmuş, müxtəlif üsullarla daima abonent narazılığı yaradan “Azəriqaz”da ciddi kadr islahatları aparılmalıdır”.

M. Qəhəmanlı düşünür ki, bu qurumda ötən il aparılan "islahatlar" zamanı çoxlu sayda sıravi işçilər (xadimə, çilingər, texniki işçilər və s) ixtisar olunmamalı, əksinə, bütün rəhbərlik istefaya göndərilməli idi.

O qeyd edib ki, bu ilin ilk ayı da məhz  bu islahatla  başlanmalıdır.