ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin 31 qurumu da daxil olmaqla, 66 beynəlxalq təşkilatda maliyyələşdirilməni və iştirakını dayandıran sənəd imzalayıb.
İndex.az xəbər verir ki, bəyanat Ağ Evin saytında yerləşdirilib.
"Bu təşkilatların çoxu ABŞ-nin suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji proqramları təbliğ edir", - sənəddə təşkilatların tam siyahısı verilmədən bildirilir.
Bəyanatda qeyd olunur ki, Amerika vergi ödəyiciləri beynəlxalq təşkilatların maliyyələşdirilməsinə milyardlarla pul xərcləyiblər, halbuki az gəlir əldə ediblər.
Ağ Evin mətbuat xidməti qeyd edib ki, Donald Trampın ikinci müddətinin əvvəlindən bəri ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), Paris İqlim Sazişindən, BMT İnsan Hüquqları Şurasından və ələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxıb.
