Moskva birjasında ticarətin dayandırıldığı açıqlanıb.

İndex.az xəbər verir ki, Moskva birjasından verilən açıqlamada əməliyyatların niyə dayandırıldığı ilə bağlı məlumat paylaşılmasa da, əməliyyatlar yenidən başladıqda əlavə açıqlama veriləcəyi qeyd edilib.

Qeyd edək ki, dünən Moskva Fond Birjasında əməliyyatlar server problemləri ilə əlaqədar iki saata yaxın dayandırılıb.

Ukrayna müharibəsindən sonra Moskva birjasında əməliyyatlarda texniki fasilələr yaranıb və vaxtaşırı əməliyyatlar dayandırılıb.