Təxminlərə görə, "Microsoft" "Windows 10"un pulsuz dəstəyini dayandırdığı zaman təxminən 240 milyon fərdi kompüter atılacaq.
İndex.az xəbər verir ki, "Canalys" yaydığı məlumata görə, "Microsoft", 2028-ci ilin oktyabr ayına qədər "Windows 10" cihazları üçün açıqlanmayan qiymətə təhlükəsizlik yeniləmələrini təqdim etməyi planlaşdırır.
Bununla da, köhnə cihazlar təhlükəsizlik yeniləmələrini qəbul etməyəcək və bu cihazlara tələbat az olacaq.
Qeyd edək ki, pulsuz "Windows 10" dəstəyi 2025-ci ilin oktyabr ayına qədər davam edəcək.
