Bu ilin sonuna qədər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərdə artım olacağı gözlənilir.
Bunu İndex.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, hər ilin son rübündə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir:
“Bu il də istisna deyil. Ancaq, builki artım əvvəlki 2 il ilə müqayisədə məhdud həddə, təxminən 6-8% aralığında olacaq”.
Ekspert izah edib ki, buna səbəb ötən ilin sonu və bu ilin ilk yarısında bazarda əhəmiyyətli qiymət artımı qeydə alınıb:
“Artıq bazar doymuş haldadır”.
