Urkayna ordusunun Rusiyanı Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavoduna endirdiyi zərbə nəticəsində obyektdə yanğın başlayıb.

İndex.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Stavropol qubernatoru Vladimir Vladimirov şəhərə zərbələrin endirildiyini təsdiqləyib. Onun sözlərinə görə, sənaye zonasında yanğın baş verib.