Bu ilin yanvar-noyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 189,114 milyon barel neft nəql edilib.

İndex.az bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 14,947 milyon barel və ya 7,3 % azdır.

Təkcə bu ilin noyabr ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 16,326 milyon barel neft nəql edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 3,790 milyon barel və ya 18,8 % azdır.

Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.