FED-in Nyu-York üzrı sədri Con Uilyams bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Con Uilyams bildirib ki, həyata keçirilən siyasət tələb və təklifi daha çox tarazlaşdırmaq və inflyasiyanı yumşaltmaq kimi arzu edilən effektləri verib.

Bununla yanaşı Uilyams, FED-in uçot dərəcələrini əhəmiyyətli dərəcədə artıraraq çox şey etdiyini diqqətə çatdırıb.

Uilyamsın fikrincə, məmurlar inflyasiyanı davamlı olaraq 2%-lik hədəfdə saxlamaq üçün lazım gələrsə yeritdikləri siyasətə yenidən düzəliş etməlidirlər.