İlon Mask ABŞ maliyyə bazarlarını sərt sözlərlə tənqid edib.
İndex.az xəbər verir ki, X platformasında verdiyi müsahibədə ARK İnvestisiya İdarəetməsinin təsisçisi Katye Vud ilə danışan İlon Mask, səhmdarların təzyiqinin səmərəliliyi azaldığını və passiv indeks investisiyasının dəyişkənliyi artırdığını iddia edərək, ictimai şirkətlərin üzləşdiyi qaydalardan şikayətlənib.
“İctimai şirkətin pis rüb keçirməməsi üçün sıx təzyiq var. Bu, əməliyyatların daha az səmərəli olmasına səbəb ola bilər. İnvestorlar və şirkətlərin qurduqları uzunmüddətli planlar uyğun gəlmir. ETF kimi indeksləri izləyən passiv investisiyalar çox böyük ölçülərə çatıb. Günün sonunda kimsə aktiv investisiya qərarı verir. Passiv investorlar aktiv investorların qərarına əsasən hərəkət edirlər. Nəticədə dörd və ya beş aktiv investorun qərarları əsasında böyük səhm hərəkətləri baş verir”.
