"LG Electronics" (LG) elektrikli avtomobillər üçün ilk şarj cihazı istehsal edən fabrikini Texas ştatının Fort-Uort şəhərində açaraq
İndex.az xəbər verir ki, şirkət bununla da, 5500 kvadratmetrlik yeni obyekti ilə elektrikli avtomobil doldurma infrastrukturunu genişləndirəcək.
LG, mövcud qurğulardan istifadə edə bilmək üçün ABŞ-da yerləşən avtomobil şarj cihazı istehsal edən zavodunu Texasda yerləşdirməyi seçib.
Ştat həmçinin logistika və nəqliyyat şəbəkələrinə malikdir.
Bununla yanaşı Texas avtomobil istehsalından maliyyəyə qədər müxtəlif sektorlarda şirkətlərin əsas əməliyyatlarına ev sahibliyi edir.
LG-nin Şimali Amerika bazarında illik 10 min ədəddən çox istehsal gücünə sahib olacağı gözlənilir.
