Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın faiz siyasəti ilə bağlı dəqiq siqnal verməməsi faiz müzakirələrini qızışdırıb.

İndex.az xəbər verir ki, bu həftə açıqlanacaq inflyasiya məlumatları faiz artımının davam edib-etməyəcəyi ilə bağlı kritik rol oynayacaq.

Cümə günü etdiyi çıxışda Laqard hələ də inflyasiyaya qalib gəlmədiklərini, lakin sentyabrın 14-də keçiriləcək pul siyasəti iclası üçün heç bir siqnal vermədiyini bildirib.

AMB İdarəetmə Şurasının üzvü və Avstriya Mərkəzi Bankının sədri Robert Holzmann bu gün verdiyi açıqlamada, sürpriz olmasa, sentyabr iclasında faiz artımının ola biləcəyini bildirib.