Kriptoaktiv investisiya məhsullarına keçən həftə 2,45 milyard dollarlıq rekord məbləğdə daxilolma həyata keçirilib.
İndex.az xəbər verir ki, ilin əvvəlindən bu yana cəmi daxilolmalar isə 5,2 milyard dollara çatıb.
Rekord fond daxilolmalarından sonra şirkətlərin idarə olunan ümumi aktivləri (AuM) 67 milyard dollara yüksələrək 2021-ci ilin dekabrından bu yana ən yüksək səviyyəyə çatıb.
"CoinShares" məlumatlarına görə, regional olaraq ABŞ 99% daxilolma ilə bazarda hökmranlıq etməyə davam edir.
Avropada Almaniya və İsveçrə kimi digər regionlar müvafiq olaraq 13 milyon dollar və 16 milyon dollar, İsveçdə isə 26,3 milyon dollar vəsait axını qeydə alınıb.
