"Apple"ın baş dizayneri Tanq Tan şirkətdən ayrılaraq Coni Ayvın rəhbərlik etdiyi "LoveFrom"a qoşulacaq.
İndex.az xəbər verir ki, Tanın yeni şirkətdə süni intellekt layihəsinə rəhbərlik edəcəyi bildirilir.
Hal-hazırda "Apple"da məhsul dizaynı üzrə vitse-prezident titulunu daşıyan Tan, süni intellekt aparat layihəsi üçün "LoveFrom"da aparat mühəndisliyi rəhbəri olacaq.
Keçmiş "Apple" rəhbəri yeni məhsulların görünüşünü və imkanlarını formalaşdıracaq.
Müasir süni intellektin simasına çevrilmiş icraçı Altman proqram təminatının əsaslarını təmin etməyi planlaşdırır.
Ümumilikdə, 20-dən çox keçmiş "Apple" işçisinin dizayn şirkətinə qoşulduğu deyilir.
