İsveçrə Milli Bankı (İMB)  2023-cü il üçün maliyyə nəticələrini açıqlayıb.

İndex.az xəbər verir ki, İMB müsbət uçot dərəcələrinə keçidin təsiri ilə 3,2 milyard İsveçrə frankı (3,62 milyard dollar) zərər gördüyünü açıqlayıb.

Bankın 2022-ci ildə zərəri 132,5 milyon İsveçrə frankı olub.

Beləliklə, bank artıq ikinci ildir ki, divident ödəyə bilməyəcək.

Qeyd edək ki, İMB 2023-cü ilin iyun ayından bəri siyasət faizini 1,75% səviyyəsində saxlayıb.