İranda İsrailin xarici kəşfiyyat orqanına casusluq etməkdə təqsirləndirilən Əli Ərdastani adlı şəxs edam olunub.

İndex.az bu barədə "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, Ərdastani ölkənin həssas, məxfi məlumatlarını İsrail kəşfiyyatı ilə bölüşüb. Ona xidməti müqabilində ödəniş kriptovalyuta formasında edilib.

Bildirilib ki, Ə. Ərdastani barəsində çıxarılan hökm Ali Məhkəmə tərəfindən təsdiqlənib və çərşənbə günü hüquqi prosedur yerinə yetirilib.