Ötən il ərzində “İran Milli Bankı”nın Bakı filialının həm faiz gəliri, həm də faiz xərcləri azalıb.

İndex.az xəbər verir ki, ötən il “İran Milli Bankı”nın Bakı filialının faiz gəlirləri 3.098 milyon manat təşkil edib.

2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 3.426 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 328 min manatlıq azalmanın olduğunu görərik.

“İran Milli Bankı”nın Bakı filialının faiz xərcləri isə 2023-cü il ərzində 191 min manat azalaraq 40 min manat təşkil edib.

Ötən ilin əvvəlində bankın faiz xərcləri 231 min manat olmuşdur.

Xatırladaq ki, “İran Milli Bankı”nın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır. Bankın səhmləri İran İslam Respublikasında yerləşən “Bank Melli İran”a məxsusdur.