“İran Milli Bankı”nın Bakı filialının aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, “İran Milli Bankı”nın Bakı filialının aktivləri ilin əvvəlinə nəzərən 25.144 milyon manat artaraq 121.764 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 96.620 milyon manat təşkil edib.
Xatırladaq ki, “İran Milli Bankı”nın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.
Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
Bankın səhmləri İran İslam Respublikasında yerləşən “Bank Melli İran”a məxsusdur.
