Yanvar toplantısında ABŞ Federal Ehtiyat Sistemi gözləntilərə uyğun olaraq uçot dərəcəsini dəyişməyərək 5,25-5,50% aralığında saxlayıb.

İndex.az xəbər verir ki, bununla da, ardıcıl olaraq 4-cü iclasda uçot dərəcələri dəyişdirilməyib.

İdarə Heyətinin sədri Cerom Pouel, mart ayında uçot dərəcəsinin endirilməsi gözləntiləri ilə bağlı suala aydınlıq gətirərkən bildirib ki, FED-in mart ayına qədər uçot dərəcələrini endirmək ehtimalı azdır.

"DoubleLine Capital"ın qurucusu Qundlax, FED-in daha yüksək və daha uzunmüddətli uçot dərəcəsi strategiyasının gələcək artım üçün mənfi risklər daşıdığını bildirib:

"FED 200 və ya 300 əsas bəndlik real faiz səviyyəsində daha uzun müddət gözləsə, 2024-cü ilin ortalarında iqtisadi artım üçün risklər yaranacaq".

Qundlaxın sözlərinə görə, ABŞ-ın iqtisadi perspektivi yaxşı görünmür və tənəzzül hələ də mümkündür.

Bor sıra iqtisadçılar isə FED-in qərarından sonra mart ayıında faiz endirimi olacağınl düşünür.

İqtisadçılar Anna Vonq, Estelle Ou və Stuart Paul öz qeydlərində bildiriblər ki, inflyasiyanın yumşalması və əmək bazarında zəifləmə davam edəcək.

İqtisadçıların fikrincə, son nəticədə bunlar FED üzvlərinə mart ayında uçot dərəcələrini aşağı salmaq üçün şərait yaradacaq.