“Apple” yeni bir “iPhone 15 Pro Max” problemi ilə üzləşib.
İndex.az xəbər verir ki, bu dəfə istehlakçı birbaşa “Apple”dan aldığı son model “iPhone”un Android telefon olduğunu iddia edib.
Alıcı “iPhone”un qutusunu açanda dərhal nəyinsə səhv olduğunu anlayıb.
Diqqətini çəkən ilk şey isə telefonun ekranında qoruyucu olması olub.
Ekranın hamar olmaması, qara sahənin qeyri-OLED şəkildə işıqlandırılması, altındakı qalın çərçivə kimi təfərrüatları görən şəxs telefonu açıb quraşdırma prosesinə başlayandan sonra hər şey aydın olub.
Cihazın qapağı “iPhone”yə aid olsa da cihazın sistemi iOS əvəzinə “Android”dir.
