"Apple" "iPhone 15 Pro" modellərində paslanmayan polad əvəzinə titan dizayndan istifadə edəcək.
İndex.az xəbər verir ki, "Apple" "iPhone 15 Pro" modelləri ilə qızılı rəng seçimini aradan qaldıracaq.
"iPhone 15 Pro" və "15 Pro Max" yeni boz rəngdə olacaq.
Qızılın əvəzinə boz titan rənginə üstünlük veriləcək.
Boz titan rənginin gümüşdən daha açıq göründüyü deyilir.
Qızılı əvəz edən boz titandan əlavə, "iPhone 14 Pro" ilə təqdim edilən tünd bənövşəyi rəng tünd mavi ilə əvəz olunacaq.
"Apple"in "iPhone 15" seriyasını sentyabrın 12-də təqdim edəcəyi gözlənilir.
