Böyük Britaniyanın tərkibində olan İngiltərə və Uelsdə müflisləşən şirkətlərin sayı ötən il son 30 ilin ən yüksək səviyyəsinə çatıb.

İndex.az xəbər verir ki, yüksək borclanma xərcləri, yüksək inflyasiya və istehlak tələbinin azalması iflasların artmasına səbəb olub.

Bu, 1993-cü ildən bəri İngiltərə və Uelsdə şirkətlərin müflisləşməsinin ən yüksək illik səviyyəsidir.

2022-ci ildə İngiltərə və Uelsdə müflis olan şirkətlərin sayı 22 min 123 idi.