İngiltərədə mənzil qiymətləri kəskin şəkildə ucuzlaşıb.
İndex.az xəbər verir ki, Mənzil Krediti Maliyyələşdirmə Təşkilatı "Halifax" tərəfindən edilən açıqlamada bildirlib ki, İngiltərədə mənzil qiymətləri keçən ay illik bazda 4,6% azalaraq son 14 ilin ən ağır enişi yaşayıb.
Açıqlamada fikirlərinə yer verilən "Halifax" ev kreditləri direktoru Kim Kinnairdın sözlərinə görə, iyun və iyul aylarında mənzil krediti faizlərindəki sürətli artım nəzərə alındıqda, bu vəziyyət təəccüblü sayılmamalıdır.
