Türkiyənin Ticarət naziri Ömər Bolat, Türkiyə ilə İngiltərə arasında elektrikli nəqliyyat vasitələrinin ticarəti üçün razılığın əldə edildiyini açıqlayıb.
İndex.az xəbər verir ki, Ömər Bolat X hesabında etdiyi açıqlamada, Türkiyə ilə Böyük Britaniya arasında "Azad Ticarət Sazişi" çərçivəsində elektrikli nəqliyyat vasitələrinin ticarəti üçün nəzərdə tutulan mənşə asanlığının 2027-ci ilə qədər davam etdirilməsi üçün razılığın əldə edildiyini bildirib.
Bolat qeyd edib ki, Türkiyənin elektrikli avtomobil ixracatı, çevik mənşə qaydaları ilə İngiltərəyə vergisiz ixrac edilməyə davam edəcək.
