Yanvarın sonunda İngiltərə kralı III Çarlz prostat vəzinin böyüməsi ilə bağlı müalicə alarkən aparılan testlərdə daha bir narahatedici vəziyyət müşahidə edilib.
İndex.az xəbər verir ki, aparılan testlər nəticəsində kral Çarlzın xərçəng xəstəliyinə tutulduğu məlum olub.
Bununla bağlı edilən açıqlamada, müntəzəm müalicə proqramına başlanıldığı və həkimlərin krala ictimai proqramlarını təxirə salmağı tövsiyə etdiyi qeyd edilib.
Açıqlamada kralın rəsmi vəzifələrini davam etdirəcəyi bildirilib.
