"JPMorgan" analitikləri "Apple" səhmlərinin qiymət hədəfini endiriblər.

İndex.az xəbər verir ki, "JPMorgan" analitikləri yüksək qiymətləndirmə və Çin risklərini əsas gətirərək "Apple" səhmlərinin qiymət hədəfini 235 dollardan 230 dollara endiriblər.

"Citi" analitikləri isə qeyd ediblər ki, "Huawei"nin yeni markası "Mate 60 Pro"nun satışa çıxarılması "Apple" üçün əsas riskdir.

Qeyd edək ki, "Apple"in bazar dəyəri 2 gün ərzində 200 milyard dollar azalıb.