Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Əliyeva Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.

Rəsilə Əliyeva İndex.az-a açıqlamasında yeni vəzifəyə təyinatını təsdiqləyib.

Xatırladaq ki, Lənkəranın icra başçısının sabiq müavini olan Rasilə Əliyeva məktəbliyə qarşı zorakılıq etməsi ilə bağlı iddialardan sonra vəzifəsindən uzaqlaşdırılmışdı.