2023-cü il ərzində "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli artıb.

İndex.az xəbər verir ki, ötən il ərzində "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli 2.838 milyon manat artaraq 366.695 milyon manata yüksəlib.

İlin əvvəlində bu göstərici 363.857 milyon manat idi.

2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 9.207 milyon manat artaraq 89.958 milyon manata yüksəlib.

Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 283.106 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 6.370 milyon manat azalaraq 276.736 milyon manat olub.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55.380 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.