2023-cü il ərzində "PAŞA Bank"ın depozit portfeli azalıb.

İndex.az xəbər verir ki, ötən il ərzində "PAŞA Bank"ın depozit portfeli 69.144 milyon manat azalaraq 6.935.175 milyon manata enib.

İlin əvvəlində bu göstərici 7.004.319 milyon manat idi.

2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 65.227 milyon manat artaraq 1.633.931 milyon manata yüksəlib.

Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 5.435.615 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 134.371 milyon manat azalaraq 5.301.244 milyon manat olub.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 782.706 milyon manatdır. Bankın səhmlərinin 56,8195%-i “PASHA Holding” MMC-ə, 28,1796%-i BLESS MMC-ə, 9,9944%-i Arif Paşayevə, 5,0066%-i Mir Camal Paşayevə məxsusdur.