"Hewlett Packard Enterprise" şəbəkə avadanlığı istehsalçısı "Juniper Networks"i almağa hazırlaşır.
İndex.az xəbər verir ki, ABŞ-da yerləşən hesablama avadanlığı istehsalçısı "Hewlett Packard Enterprise" şəbəkə avadanlığı istehsalçısı "Juniper Networks"i təxminən 14 milyard dollar nağd pul qarşılığında almaq barədə razılığa gəlib.
Hesablama avadanlığı istehsal edən və bulud xidmətləri göstərən "HP Enterprise", təxminən 100 illik texnologiya şirkəti və şəbəkə avadanlığı istehsalçısı olan "Juniper Networks"i satın alaraq süni intellekt əsrində şirkəti daha yaxşı mövqeləndirməyi hədəfləyir.
14 milyard dollarlıq alışın lazımi icazələrdən sonra 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində başa çatdırılması gözlənilir.
