Avstriyanın Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu ev polis bölməsinə çevriləcək.
İndex.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri yazıb.
Qeyd olunub ki, poli idarəsi bir neçə həftədən sonra binaya köçəcək.
Ev şəhərin mərkəzində yerləşir və onun qarşısındakı xatirə daşının üzərində yazılıb: "Sülh, azadlıq və demokratiya naminə. Faşizmə bir daha yox. Bizə bunu milyonlarla həlak olan xatırladır".
Əvvəllər Avstriya Daxili İşlər Nazirliyi binanı icarəyə götürmüşdü və onu əlilliyi olan şəxslər üçün müəssisə kimi istifadə edirdi.
