2025-ci ildə Azərbaycanda 48 mindən çox nikah qeydə alınıb.
Dövlət Statistika Xidmətindən “İndex.az” xəbər saytının sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci il ərzində ölkədə 48 546 nikah və 20 675 boşanma halı qeydə alınıb.
Bu nikahların bir qismi xarici vətəndaşlarla bağlanıb. Belə ki, 937 nikah Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127 nikah isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında rəsmiləşdirilib.
Qeyd edək ki, statistik göstəricilər Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən aparılan rəsmi qeydiyyat məlumatlarına əsaslanır.
