Rusiyaya qarşı sanksiyaların ağırlaşması hindistanlı neft alıcılarını fərqli bazarlar axtarmağa məcbur edir.
İndex.az xəbər verir ki, Hindistanın neft emalı zavodları ABŞ-dan neft alışlarını son bir ilin ən yüksək səviyyəsinə yüksəldib.
Hindistanın dövlət neft şirkətləri "Bharat Petroleum", "Indian Oil Corporation" və neft-kimya şirkəti "Reliance Industries"in aprel ayı üçün ABŞ-dan təxminən 7 milyon barel neft aldığı bildirilir.
"Kpler" məlumat analitik şirkətinin yaydığı məlumata görə, bu rəqəm, ötən ilin may ayından bəri ən böyük aylıq həcmdir.
Rusiya Ukraynanı işğal etdikdən sonra Rusiyadan Hindistana neft nəqli artdı.
Hazırda Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olaraq qalır.
Lakin ABŞ-ın Rusiyaya qarşı sanksiyaları neft daşınmalarında fasilələrə səbəb olub.
Sanksiyalardan ən çox Rusiyanın “Sokol” nefti zərər çəkib.
FGE enerji konsaltinq şirkətinin analitiki Dilan Sim, Hindistandakı neft emalı zavodlarının "Sokol" neftinin idxalında yaşanan çətinliklərə görə fərqli alternativlərə üz tutmasının təəccüblü olmadığını bildirib:
“2021-ci ildə ABŞ nefti Hindistanın ümumi neft hasilatının 10%-ni təşkil edirdi. Rusiyanın son 2 ildə bazar payını genişləndirməsi ilə bu nisbət 4%-ə enib.
Ukrayna müharibəsindən əvvəl Hindistanın neft idxalında 2% paya malik olan Rusiya 2023-cü ildə bu payı 30%-ə çatdıraraq Hindistanın ən böyük neft tədarükçüsünə çevrilib.
