İllər əvvəl təhlükəsizlik problemləri səbəbiylə kriptovalyuta reklamlarına qadağa qoyan "Google", "Bitcoin"in ETF təsdiqindən sonra fikrini dəyişdi.
İndex.az xəbər verir ki, bura reklam şəbəkəsində müəyyən şərtlərə cavab verənlər daxil olacaq.
Qeyd edək ki, 2018-ci ilin mart ayında artan təhlükəsizlik narahatlıqları səbəbindən "Google" kriptovalyuta layihələrinin reklamlarını qadağan etmişdi.
5 ildən sonra "Google" da, xüsusən də korporativ dünyanın kriptovalyutalara baxışı dəyişdikdə geri addım atdı.
