"Google"un, istifadəçilərinin məxfilik hüquqlarının pozması səbəbi ilə Kaliforniya Dairə Məhkəməsinin açdığı və 5 milyard dollarlıq cəzanın tələb edildiyi iddiada razılığa gəlib.
İndex.az xəbər verir ki, razılaşmanın şərtləri açıqlanmasa da, vəkillər vasitəçilik yolu ilə məcburi ilkin protokolla razılaşdıqlarını və rəsmi razılaşmanı 24 fevral 2024-cü il tarixinədək təsdiq üçün məhkəməyə təqdim etməyi gözlədiklərini bildiriblər.
İddiada dünyanın ən çox seçilən axtarış sistemi olan "Google" və onun ana şirkəti olan "Alphabet"dən ən azı 5 milyard dollar cərimə istənilib.
İş 2020-ci ildə "Boies Schiller Flexner" hüquq firması tərəfindən qaldırılıb və iddia edilib ki, "Google", "Chrome"da gizli rejimi işə saldıqdan sonra belə istifadəçilərin internetə baxış fəaliyyətini izləməyə davam edir.
"Google" sözçüsü Xose Kastaneda iddiaları təkzib etsə də, qanuni vasitələrlə özlərini güclü şəkildə müdafiə edəcəklərini qeyd edib.
