"Goldman Sachs" starteqləri ABŞ-ın tənəzzül risqi ilə bağlı açıqlamalar verib.
İndex.az xəbər verir ki, "Goldman Sachs" strateqləri səhmlərdə ralli risklərinin sona çatmasına baxmayaraq, ABŞ-da tənəzzül riskinin yüksək olaraq qaldığına diqqət çəkib.
Strateqlərin fikrincə, inflyasiya daha davamlı ola bilər və daha şahin mərkəzi bank sürprizlərinə səbəb ola bilər.
2023-cü ilin əvvəlində "S&P 500"ün aşağı performansını düzgün proqnozlaşdıran strateq bildirib ki, iyun ayında investorların əhval-ruhiyyəsindəki yaxşılaşma iqtisadi məlumatları üstələyib:
"Biz hələ də makro qeyri-müəyyənlik səbəbindən portfellərdə nağd pulun cəlbediciliyini görürük".
