"Goldman Sachs"ın baş iqtisadçısı Yan Hatzius uçot dərəcələri ilə bağlı öz proqnozlarını bölüşüb.
İndex.az xəbər verir ki, Honq-Konqda "Bloomberg" televiziyasına müsahibə verən Hatzius bilirib ki, FED yumşaq eniş əldə etmək üçün əlindən gələni edir.
Hatziusun sözlərinə görə, FED-in mart ayında faiz endirimi edəcəyi demək olar ki, dəqiqdir.
Çünki uçot dərəcələri həm istehlak qiymətləri ilə uyğunlaşacaq.
Bununla yanaşı FED sədri Jerom Pouel keçən ay müsahibəsində inflyasiyanın 2%-ə qayıtmasından öncə faizləri azaltmaq istədiyini bildirmişdi.
