"Goldman Sachs" "Apple" səhmlərini ən yaxşı alışlar siyahısından çıxarıb.

İndex.az xəbər verir ki, "Apple" siyahıdan çıxarıldıqdan sonra 0,6% dəyər itirib.

Çinin iqtisadi problemlərinin davam etdiyi bir vaxtda "iPhone" satışlarının uzun müddət azalması ilə bağlı narahatlıqlar və "Apple" səhmlərinin digər səhmlərdən geri qalması "Goldman" tərəfindən bu addımın atılmasına zəmin yaradıb.

"Goldman"dan verilən açıqlamada səhm siyahısının hər ay nəzərdən keçirildiyi və artıq əhəmiyyətli bir investisiya ideyası olmayan səhmlərin silindiyi bildirilib.