"Genesis" 1,3 milyard dollar dəyərində "Bitcoin" satmaq üçün icazə alıb.

İndex.az xəbər verir ki, hakim Sin Leyn "Genesis" 1,3 milyard dollar dəyərində "Bitcoin" satması üçün icazə verib.

"Genesis" şirkəti 1,3 milyard dəyərində 35 milyon GBTC sata bilər.

Bu, "Bitcoin" üzərində satış təzyiqi ilə bağlı narahatlıqları artırır.

Bundan əlavə, "Genesis" 200 milyon dollar dəyərində "Grayscale Ethereum" fondunu satmağı düşünür.