"Fitch Ratings" FED-in faiz qərarı ilə bağlı yeni proqnozunu yayımlayıb.

İndex.az xəbər verir ki, "Fitch Ratings"in proqnozuna görə, mərkəzi banklar uçot dərəcələrinin azaldılmasında yavaş hərəkət edəcək və FED iyun və ya iyul ayından etibarən uçot dərəcələrini azaltmağa başlayacaq.

Qurum ilin birinci yarısında uçot dərəcəsinin azaldılmasını gözləməsə də, ilin qalan hissəsində üç azalma nəzərdə tutur.

Yəməndə husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə hücumlarının tədarük zəncirlərinə təsir edəcəyini bildirən "Fitch Ratings"in sədri İan Linnell, Rusiyanın xarici siyasəti və Çinin iqtisadi siyasətlərinin yaxından izlənilməsi lazım olan mövzular olduğunu bildirib.

"Fitch Ratings"in baş iqtisadçısı Brayan Koulton da qurumun 2024-cü il Qlobal İqtisadi Görünüş hesabatının nəticələrini paylaşıb.

Son üç ayda baza inflyasiyasında yaxşılaşma olduğunu ifadə edən Coulton, bunun, mərkəzi bankların artıq daha inamlı hərəkət edə biləcəyi anlamına gəldiyini qeyd edib.