Mart ayında FED-in faiz endirimi etməsi ilə bağlı gözləntilərin azalması ABŞ istiqrazlarının faizlərini və dolları bahalaşdırıb, qızılı ucuzlaşdırdı.

İndex.az xəbər verir ki, FED prezidenti Cerom Pouel həftə sonu etdiyi çıxışında faiz endirimləri ilə bağlı diqqətli hərəkət edəcəklərini bildirib.

Beləliklə, faiz endiriminin sürətli olmayacağı gözləntiləri dollara dəstək verərək, qızılı ucuzlaşdırıb.

Qızıl qiymətləri bu səhər 0,4% azalaraq 2029 dollara enib.