FED-in Boston üzrə sədri Suzan Kollinz uçot dərəcələri ilə bağlı öz proqnozlarını verib.

İndex.az xəbər verir ki, Kollinzin sözlərinə görə, FED bu il uçot dərəcələrini 75 baza bəndi azaldacaq:

“İlin sonuna qədər uçot dərəcələrini diqqətli şəkildə azaltmağın məqsədəuyğun olacağını düşünürəm. İnflyasiya istədiyimiz istiqamətdə irəliləyir, lakin durğunluq riskinin varlığı danılmaz faktdır. Uçot dərəcələrini azaltmaq üçün iqtisadi cəhətdən böyüməyə ehtiyacımız olacaq. Bu isə nizamlı şəkildə olmalıdır".