FED-in Klevelend üzrə sədri Loretta Mester inflyasiya ilə bağlı öz proqnozlarını verib.

İndex.az xəbər verir ki, Mesterin sözlərinə görə, inflyasiya ilə bağlı son məlumatlar onun 2024-cü ildə 3%-lik endirim ilə bağlı hesablamasını dəyişdirmir.

Mester bildirib ki, FED-in inflyasiya göstəricisində üstünlük verdiyi aydan aya artım, inflyasiyanın zamanla FED-in 2%-lik hədəfinə doğru hərəkət edəcəyi ilə bağlı fikriləri dəstəkləyir.

"FED-in 2%-lik hədəfə qayıda biləcəyimizə əmin olmaq baxımından bir az daha çox işi var. Mənim proqnozuma görə, 2024-cü ildə FED tərəfindən uçot dərəcələri 3 dəfə azaldılacaq. Hal-hazırda iqtisadiyyatın proqnozlaşdırdığım kimi inkişaf edəcəyi mənə daha doğru görünür".