FED sədri Kristofer Uoller inflyasiya və uçot dərəcələri ilə bağlı bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, Uollerin sözlərinə görə, FED uçot dərəcələri ilə bağlı qərar vermək üçün inflyasiyanın zəiflədiyinə dair daha çox dəlil görməlidir.
Uoller çıxışında bildirib ki, yanvar ayında uçot dərəcələrinin aşağı salınması ilə bağlı fikirlərin olduğu bir zamanda inflyasiya göstəricilərinin gözləniləndən yüksək olması FED-in necə reaksiya verməsi ilə bağlı suallar doğurub:
"Keçən həftə inflyasiyası ilə bağlı yüksək məlumatları hər kəs gördü. FED uçot dərəcələrini aşağı salarsa belə yüksək inflyasiya məlumatları bizə bir zərbə ola bilər. Həmçinin bu, keçən il inflyasiyada əldə edilən əhəmiyyətli irəliləyişin yavaşladığına dair bir xəbərdarlıq da ola bilər".
