FED üzvlərinin faiz endirimlərinin olacağı ilə bağlı verdikləri proqnozlar, etdikləri açıqlamalar və məlumatlar iqtisadi yüksəlişdə təsirli olub.

İndex.az xəbər verir ki, FED üzvü Tomas Barkinin sözlərinə görə, FED-in uçot dərəcələrini endirməzdən əvvəl gözləmək üçün yetərincə vaxtı var.

Barkin və digər FED rəsmilərinin açıqlamalarından sonra bazarlar qiymətləri təyin edərkən, bütün gözlər "İstehlak Qiymətləri İndeksi"nə ediləcək dəyişikliklərdə olacaq.

"İstehlak Qiymətləri İndeksi"nə düzəlişlər çox vaxt kiçik olur və buna görə də göz ardı edilir.

Ötən il dəyişikliklər kifayət qədər yüksək olduğundan, investorlar bu il bu dəyişikliyə əvvəlkindən daha çox əhəmiyyət verirlər.

"S&P 500" indeksinin fyuçers əməliyyatlarında cüzi azalmalar var.

Honq Konq, Sinqapur, Çin, Tayvan, Cənubi Koreya, İndoneziya, Filippin və Vyetnamda bazarlar isə bayramla əlaqədar bağlanacaq.